Muəllif: Redaksiya
Çaqqal var gödən yırtır…
Çaqqal var gödən yırtır, qurdun adı bədnamdır. Zərdabda çaqqallar bu türk məsəlini bir daha təsdiqləyiblər. Onlar xırda buynuzlu heyvanlara canavarlardan daha qəddarcasına hücum ediblər. Hadisə gecə saatlarında Əlibəyli kəndində baş verib. Kənd sakini Kamal Şərifovun fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlara hücum edən çaqqallar 10 baş qoyunu boğaraq öldürüblər.
Yerli sakinlər bu kimi halların tez-tez baş verdiyini deyirlər. Belə ki, bir neçə gün öncə kəndə girən canavarlar 1 atı və uzunqulağı parçalayaraq öldürüblər.
Bölüm: Xəbərlər
Oxunma sayı: 246

