Muəllif: Redaksiya
Çağırışçı harada xidmət edəcəyini saytdan öyrənə biləcək
Həqiqi hərbi xidmətə çağırılan şəxslər hansı hərbi hissədə xidmət edəcəklərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) saytından öyrənə biləcəklər. Xidmətin saytına istinadən, çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatları iyunun 30-dan etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının «Hərbi Xidmət» bölümündən öyrənə bilərlər. Xidmət bu sistemin ilk dəfə 2013-cü il iyul çağırışında tətbiqinə başlayır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 8316


