Muəllif:

Çağdaş Güney Azərbaycanın sabahı: onu necə görürük?

Çağdaş Güney Azərbaycanın sabahı… Bu gün onu necə görürük? Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfransda bu suala cavab aranırdı və siyasilərdən diqqəti çəkən mülahizələr eşidildi.

GAMAC sədri Qulamrza Səbri düşünür ki, beynəlxalq ictimaiyyətin bu problemə diqqət göstərməsi üçün daxildə bir sıra nöqsanları aradan qaldırmağa ehtiyac var. Güney Azərbaycandakı durum mütəmadi təhlil olunmalı və ekspertlər səviyyəsində beynəlxalq qurumlara təqdim edilməlidir.

Konfransda Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “İran dövləti böhran içində”, professor Nəsib Nəsibli “Güney Azərbaycan — milli mübarizənin perspektivləri”, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov “Urmiya göllünün problemləri” mövzusunda çıxış etdilər. Politoloq Vəfa Quluzadə, BDU professoru Şirməmməd Hüseynov, siyasət adamlarından Qüdrət Həsənquliyev, Yasəmən Qaraqoyunlu və digərləri mövzu ilə bağlı mülahizələrini bölüşdülər.

Rəsmi Ankara İran türklərinin haqları ilə bağlı məsələdə biganəlikdə qınanır, Urmiya gölünün mövcud durumunun ekoloji böhrana gətirib çıxaracağında israr edilir. Belə bir fikir də səsləndirilib ki, Güney Azərbaycanda ana dili məsələsinin həlli milli vəhdət sayəsində mümkündür.

Belə bir mülahizə yürüdülüb ki, İran hazırda siyasi, iqtisadi, mədəni, hərbi və digər cəhətlərdən böhran içindədir, Türklərin milli hərəkatı isə ideoloji baxımdan yeni keyfiyyət mərhələsinə qədəm qoyub və bu fonda hakim paniranizm ideologiyası öz böhran çağını yaşayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 193