Bütün insanlar mələk ola bilər
Eurovison qalibi Eldar Qasımov, Ukrayna və Azərbaycan yaradıcı komandasının birgə məhsulu olan yeni «Angelı» (mələklər) adlı mahnısını dinləyicilərə təqdim edib. Layihənin meneceri qismində çıxış edən Ömər Əbdülkərimovun sözlərinə görə yaxınlarda mahnının klip çəkilişləri də nəzərdə tutulur. Qeyd edək ki mahnı İvan Dorn, Aleksandr Rıbak, Ani Lorak kimi tanınmış ulduzların çalışdığı məhşur leyblda hazırlanıb. Eldar Qasımov mahnının yaranma prosesi haqqında təəssüratlarını bizimlə bölüşdü:
«Mahnının hələ hazırlanma mərhələsində müəllif İqor Şavrovla danışığımda mən anladımkı o mənə axtardığımı verəcək. O mənim fikirlərimi düzgün formalaşdırdı. Fikirləşirəm ki, bütün insanlar mələk ola bilərlər, gündəlik məişətdən uzaq olmaq üçün qəlbimizin qanadlarını açıb səmaya qalxmaqla sevdiklərimizi mələk kimi qoruya bilər. Deyirlər ki, mələklər bizim ətrafımızda gəzirlər. Və mən inanıram ki, hamının öz mələyi var. Kiminsə valideynləri, kiminsə dostları və ya sevdiyi insan. Ona görə hesab edirəm, bu musiqi çoxlarına doğma olacaq və hər kəs mahnıda özünə aid nəsə tapa biləcək».
Qeyd edək ki mahnının müəllifi SoSmile layihəsindən tanınmış Dj İqor Şavrovdur. Onun mahnılarını Vera Brejneva, Timur Rodriqes, Dima Bilan, Yuliya Volkova, Dan Balan, İqor Burenko kimi məhşurlar ifa edib. Eləcə də 2012-ci ildə Ukraynanı Eurovisionda təmsil edən «Be my Guests» mahnısıda ona məxsusdur. Bundan başqa mahnının hazırlanmasılnda həmyerlimiz Orxan Bağırov da iştirak edib.