Muəllif:

Bulla-Dənizdə yanğın Xəzərin ekologiyasına təsir etmir?

Bulla-Dəniz qaz-kondensat yatağında avqustun 18-nə keçən gecə başlamış yanğın hələ də davam edir. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Turan-a verdiyi məlumata görə, SOCAR prezidentinin əmri ilə qəzanın nəticələrinin aradan qaldırılması üzrə komissiya yaradılıb. Qəzanın iqtisadi və ekoloji nəticələri haqqında hesablamalar daha sonra həyata keçiriləcək.
Bu arada, Ekologiya Nazirliyinin nümayəndələri yanğının ətraf mühitə təsirini qiymətləndirmək üçün hadisə yerində monitorinq aparır. Mütəxəssislər yanğının ekologiya təsirini “cüzi” kimi qiymətləndirirlər.
Belə ki, Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndəsi Mirsalam Qənbərov Turan-a bildirib ki, təhlükəsizlik məqsədilə yanğın yerinə yaxınlaşmaq olmaz, kənardan müşahidələr və monitorinq davam edir. Metan qazının yandığını nəzərə alaraq, ətraf mühitə hər-hansı ziyan dəymir, deyə o bildirib.
Xatırladaq ki, yanğın təxminən 6 km dərinlikdə qazma zamanı 29 nömrəli kəşfiyyat quyusunda baş verib. Həmin vaxt qaz açıq şəkildə fəvvarə vurub və alışıb. Platformada olan işçilər evakuasiya edilib. “Bulla-Dəniz” Bakıdan 80 km cənubda açıq dənizdə yerləşir. —

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 345