Bulla-Dənizdə yanan quyu xilas edilib
Bulla-Dəniz yatağında yanan quyu xilas edilib, yanğın isə davam edir.
Bulla-Dəniz qaz yatağında baş vermiş bu qəzanın və yanğının aradan qaldırılması üçün texniki hazırlıq işlər görülür. Bu barədə Turan-a Azərbaycan Dövlət Neft Şirkətindən bildirilib. Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qaz quyusunun xilas edildiyini bildirib.
“Bizim başlıca məqsədimiz quyunun xilas edilməsi və gələcək istismarıdır. Bu, çox dərin quyudur, böyük xərc və zəhmət çəkilib. Biz quyunu xilas edə bildik. Burada böyük kəşfiyyat quyularına da rast gəlmişik. Əsas odur ki, orada olan 62 nəfəri xilas edə bildik”, — o qeyd edib.
Avqustun 17-də «Bulla-Dəniz» qaz yatağında 90 saylı quyuda baş vermiş qəza yanğına səbəb olub. Yanğın hələ də davam edir. Son günlər qəzanın aradana qaldırılması üçün intensiv işlər aparılır. Platformada olan avadanlıqlar təmizlənib.