Bulla-dənizdə qəzalı quyuda yanğın söndürüldü
Bu gün səhər saatlarında Bulla-dəniz yatağındakı qəzalı quyuda bir həftədən çox davam edən yanğını nəhayət ki, söndürmək mümkün olub. Bu haqda SOCAR-вфт məlumat verilib. Mənbənin sözlərinə görə, quyuda yanğının söndürülməsi əməliyyatına şənbə günü axşam başlanıb. Ancaq bu gün səhər 9.30 radələrində yanğını söndürmək mümkün olub (Turan).
Yanğını söndürmək üçün SOCAR və Fövqəladə Hallar Nazirliyinin qüvvələri birgə əməliyyat keçiriblər. Bu məqsədlə yanan quyu top atəşinə tutulub. Qeyd edək ki, qaz quyularında yanğının qarşısının alınmasında top atəşindən istifadə edilməsi praktikada geniş yayıb. Lakin yanğını ilk top atəşi ilə söndürmək mümkün olmayıb. Belə ki, yanğın sönsə də, sonradan alovlanma daha az intensivliklə yenidən müşahidə olunub. Sonrakı atəşlərlə və aparılan texniki əməliyyatlarla yanğını quyuda tam söndümək mümkün olub.
Xatırladaq ki, avqustun 17-də saat 23.30-da quyuda qəza baş verərkən preventor ilə kalonun birləşdirici yerində sızma nəticəsində alovlanma baş vermişdi. Nəticədə quyuüstü avadanlığın əksər hissəsi sıradan çıxmışdı.
Hazırkı əməliyyat nəticəsində isə quyuüstü avadanlığın tamamilə sıradan çıxmasına baxmayaraq məqsəd dərinliyi 5868 metr olan quyunun özünün xilasına nail olmaqdır. Hazırda bu yöndə işlər davam etdirilir.