Muəllif:

Bulla-dəniz yatağındakı yanğınla bağlı daha bir açıqlama

ARDNŞ Xəzər dənizindəki Bulla-dəniz yatağındakı 90 saylı quyuda baş vermiş qəza ilə bağlı növbəti açıqlama yayaraq bildirib ki, Bulla-dəniz yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədilə ARDNŞ-də yaradılmış komissiyanın planına uyğun olaraq aparılan işlər davam etdirilib.

Yanğınsöndürən gəmilər tərəfindən quyu ağzında qoruyucu su pərdəsi yaradıldıqdan sonra hər biri 6 nəfərdən ibarət 2 operativ qrup özülə qalxaraq, tam təhlükəsiz şəraitdə çalışıb. Görülmüş işlərin nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 20%-ə yaxın hissəsi demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

Qəzanın aradan qaldırılması istiqamətində ARDNŞ və FHN mütəxəssisləri tərəfindən görülən tədbirlər nəzərdə tutulmuş iş planına uyğun olaraq davam etdirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136