Muəllif:

«Bulla-dəniz» yatağında yanğın davam edir

Avqustun17-də saat 23:30-da Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağlnda baş vermiş yanğın davam edir. Dövlət Neft Şirkətindən Turan-a verilən “Qaz açıq şəkildə fontan vurub və yanğın baş verib”, — SOCAR-ın saytı bildirib. Saytın məlumatına görə, platformada olan işçilər evakuasiya edilib. “Hazırda platformanı əhatəyə alan yanğınsöndürən gəmilər vəziyyətə nəzarət edirlər. Quyu qapadıldıqdan sonra yanğının söndürülməsinə başlanılacaq”, — mənbə qeyd edib. Alışmanın səbəbləri məlum deyil.
Avqustun 19-da SOCAR-dakı mənbə bildirib ki, bu gün qurumun prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə iclas keçirilib. Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər qeyd olunub. Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.
Lakin Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, zərərçəkənlər var. Onların sayı gizlədilir və bu məqsədlə onlar özəl klinikalardan birində yerləşdirilib. M.Qəhrəmanlı hesab edir ki, yanğın Kompleks Qazma İşləri İdarəsinin təqsiri üzündən baş verib.
“Bulla-dənuz” Bakının 80 km.-də açıq dənizdə yerləşir. Bu arada bildirilib ki, Dövlət Neft Şirkəti qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqramın hazırlanması işlərini həyata keçirir. Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə Rövnəq Abdullayev bildirib. Abdullayev deyib ki, hazırda yanğın davam edir və hadisə yerində SOCAR və FHN mütəxəsisləri çalışır. Şirkət rəhbəri onu da deyib ki, yardım üçün Britaniyanın BP şirkəti də müraciət edib.
Abdullayev deyib ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır, ilkin ehtimallara görə, qəzaya səbəb yüksək təyziq olub. O bildirib ki, yanğını söndürmək böyük problem deyil və hazırda vəziyyət nəzarət altındadır.

Avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyə olunaraq sahilə çıxarılıb.
90 №-li kəşfiyyat quyusu «Bulla-dəniz» yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib. Quyuda qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanılıb (dənizin dərinliyi — 26,5 metr).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 423