Muəllif:

Bu tələbəni niyə döyüb öldürdülər?

Hadisə dünən baş verib. Tələbə döyülərək qətlə yetirilib. Sumqayıt şəhər sakini Vüsal Səfiyar oğlu Cəfərov (1986) ağır bədən xəsarətləri və kəllə beyin travması ilə xəstəxanaya daxil olub. O, həkimlərə yıxılaraq xəsarət aldığını bildirib. Həkimlərin səyinə baxmayaraq, V. Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində V. Cəfərovun döyülərək xəsarət aldığı müəyyənləşib. Ona xəsarət yetirən şəxsin isə Abşeron rayon sakini, 1980-cı il təvəllüdlü Pərviz Mirzə oğlu Abbasquliyev olduğu məlum olub. P. Abbasquliyev saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən V. Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, həmçinin bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. V. Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 221