Muəllif:

Bu rəssam öz debüt sərgisini görmədi

Ötən gün «Baku Creative Center» yaradıcılıq mərkəzinin “Debüt” layihəsi çərçivəsində gənc rəssam Ceyhun Həmzəyevin fərdi sərgisi keçirilib. Lakin bu maraqlı rəssam artıq həyatda yoxdur.»Baku Creative Center»-dən AYNAya verilən məlumata görə, sərgidə rəssamın 50-yə yaxın müxtəlif dövrlərdə işlədiyi əsərləri yer alıb.

Sərginin açılışında önsözlə çıxış edən direktor Emin Yasinov 1 il öncə Ceyhunla olan ilk görüşünü yada salaraq, sərginin çoxdan nəzərdə tutulduğunu qeyd edib. Xalq rəssamı Mais Ağabəyov, Asif Azerelli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Validə Abbasova və əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Sənətşünaslıq” bölməsinin sədri Ziyadxan Əliyev öz çıxışlarında Ceyhunun əsərlərini yüksək qiymətləndirərək, gözəl rəssam olduğunu bildiriblər.

Ceyhun Həmzəyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, daha sonra isə əməkdaşı vəzifəsində çalışırdı. Həmzəyev Azərbaycanda, eləcə də, ölkənin hüdudlarından kanarda çoxsaylı sərgilərin iştirakçısı olub.
Sərgi martın 2-nə kimi Baku Creative Center-də hər gün sənətsevərlər üçün açıq olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 381