Muəllif:

Bu qrup iki il idi oğurluq əməlləri ilə məşğuldu

Su sənəyi suda sınar — deyiblər. Ucarda oğurluqla məşğul olan 7 nəfərdən ibarət mütəşşəkkil dəstənin üzvləri yaxalanıb. Polisdən bildirilib ki, bu qrup iki ildir oğurluq əməlləri ilə məşğuldur. Onlar mütəmadi olaraq Zərdab və Ucar rayonları ərazisindən müxtəlif mağazaları öncədən planlaşdıraraq qarət ediblər.
Dəstə üzvləri 17-23 yaş arasındadır. Onlar 18 yaşlı Mirələm Əliyev, 24 yaşlı Elvin Ələkbərov, 23 yaşlı Ələsgər Ələsgərov, 17 yaşlı Tağı Tağıyev, 18 yaşlı Əli Məmmədov, 17 yaşlı Rafiq Xəlilov və 19 yaşlı Eyvaz Soltanovdur. Qrupun başçısı Mirələm Əliyev digər üzvlərin onun dəstəsinə könüllü qoşulduğunu bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128