Muəllif:

Bu qəzvinli qız gözəl olduğu üçün bələdiyyədən kənar edilib

Qəzvin vilayətində 27 yaşlı türk qızı hicab qaydalarına əməl etmədiyi üçün bələdiyyə üzvlüyündən çıxarılıb. Güney qaynaqlarına istinadən, Nina Siyahəkali Muradi bu il iyunun 14-də keçirilmiş bələdiyyə seçkilərində 163 namizəd arasında 9400 səs toplayaraq 14-cü sırada qərarlaşaraq Əliabadi qəsəbəsindən Qəzvin Şəhər Bələdiyyə Şurasına üzv seçilib.

Ancaq seçkilərin nəticələrinin elan olunmasından 50 gün sonra mühafizəkarlar birləşərək onu bələdiyyə üzvlüyündən kənarlaşdırıblar. Onun seçki təbliğatı zamanı divarlara vurduğu plakatlardakı fotolarında hicab taxma qaydasının şəriətə zidd olduğu əsas gətirilir.

Lakin kompyuter sistemlərinin arxitekturası üzrə böyük mütəxəssis olan Nina Muradinin həmin fotolarda tamamilə şəriət qaydalarına əməl etdiyi görünür.

Bəzi məlumatlarda isə onun işdən çıxarılmasına hədsiz gözəlliyinin səbəb olduğu qeyd edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 396