Muəllif:

Bu qatil ömürlük qəfəsdə qalacaq

Biri polis olmaqla, iki nəfəri öldürməkdə təqsirli bilinən Sabirabad sakininə ömürlük cəza verildi. Lənkəran Ağır Cinayətlər Məhkəməsində biri polis əməkdaşı olmaqla, iki nəfəri öldürməkdə təqsirli bilinən Sabirabad rayon sakini Gülhüseyn Abıyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Gülhüseyn Abıyev ömürlük azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi ötən il avqustun 31-də, saat 03:00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında baş verib.

Qaragünə kənd polis bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlib. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan Gülhüseyn Abıyev ov tüfəngindən atəş açaraq onu və Azad Zeynalovu qətlə yetirib. Daha sonra Abıyev hadisə yerindən qaçsa da, Sabirabad polisinin əməkdaşları onu həbs edə bilmişlər.

Gülhüseyn Abıyev CM 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184