Bu namuslu ruhaniyə həbsxana rəva görüldü
Bu namuslu ruhani bir Türk oğlu olaraq İran-Ermənistan əlaqələrinin genişlənməsinə, onun mənfur mahiyyətinə etiraz səsini qorxmadan ucaltmışdı. İranın mollakratiya məhkəməsi onu müttəhimlər kürsüsündə əyləşdirdi. Höccətülislam Əbdüləziz Əzimi-Qədim din xadimi olduğundan onun məhkəmə prosesi Təbriz Ali Ruhaniyyət Məhkəməsində keçiriləcək.
Onu qanunsuz toplantı təşkil etməkdə günahlandırılır. Bundan öncə də, yəni iyunun 19-da Marağa İnqilab Məhkəməsində İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən iki azərbaycanlı fəal — Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Onlar qanunsuz qruplara üzv olmaq və ölkənin milli təklükəsizliyinə xələl vurmaqda ittiham edilirlər. Başqa sözlə, İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz
etmək ölkənin milli təklükəsizliyinə xələl vurmaq kimi tçvsif olunur…
Əzimi-Qədim ötən il dekabrın 27-də Marağada Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Bir müddət ETTELAAT Təbriz şöbəsində saxlanılıb. Fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Əzimi-Qədim əvvəllər də həbs edilib, hətta Amnesty İnternational (Beynəlxalq Əfv Təşkilatı) onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat vermişdi.

