Muəllif:

Bu li dünyada 3628 adam minaların qurbanı olmuşdur

Bu gün Cenevrə (İsveçrə) şəhərində BMT-nin Millətlər Sarayında Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın (PƏMQOU BK) dünya ölkələrindəki mina problemlərinə həsr olunmuş növbəti İllik Hesabatı ictimaiyyətə təqdim olunur. Bu hesabatlar 1999-cu ildən başlayaraq hazırlanır və minaların yaratdığı bütün problemləri və onların həlli yollarını özündə əks etdirir, dey Minalar Əleyhinə Azərbaycan Kampaniyası İB Sədri Hafiz Səfixanov AYNAya bildirir.

Bu ilki hesabatda qeyd olunur ki, 161 ölkə “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında 1997-ci il BMT Konvensiyasının (Ottava Konvensiyası) üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 36 dövlət bu konvensiyaya qoşulmayıb. Son hesabatlara görə 281 kvadrat kilometr ərazi təmizlənmiş və 87 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılmış və 47 milyon mina məhv edilmişdir. Yalnız 12 ölkədə minaların istehsalı hələ də davam etdirilir. Dünyanın 3 nöqtəsində (Yəmən, Suriya və DAĞLIQ QARABAĞ (bizim səylərimizlə)) yeni minaların qoyulması faktı qeydə alınıb.   

Hesabat dövründə 3628 nəfər yeni mina qurbanı qeydə alınmışdır ki, bu da əvvəlki hesabatla müqayisədə 19 % azalma deməkdir.  qeydə alınmışdır. Əgər 1999-cu ildə hər gün 25 qurban qeydə alınırdısa bu hesabatda hər gün 10 qurban qeydə alınıb ki, bu da 60% -lik azalma deməkdir. Yeni mina qurbanları 62 ölkədə o cümlədən konvensiyaya üzv 42 ölkədə qeydə alınmışdır. Mülki əhalə arasında qeydə alınan qadın qurbanların sayı artmışdır. Hesabat dövründə milli və beynəlxalq donorlar tərəfindən minalarla mübarizə programlarına 681 milyon ABŞ dolları sərf olunmuşdur.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi (MƏAK İB) Azərbaycan bölməsi üzrə hesabatda qeyd etmişdir ki, Azərbaycan Respublikası hazırkı hərbi—siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına qoşulmasa da bu sənəddən irəli gələn bir sıra vəzifələri könüllü yerinə yetirir. MƏAK İB xüsusi səyləri nəticəsində Dağlıq Qarabağdakı hazırki rejimin minalardan istifadə etməsi bu hesabatda öz əksini tapmışdır. MƏAK İB qeyd edir ki, aparılan tədqiqatların nəticələrinə görə Azərbaycanın elə bir regionu yoxdur ki, orda mina qurbanları olmasın. Bundan başqa Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Bundan başqa bildirilir ki, Azərbaycan minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları həyata keçirir, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görür.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133