Muəllif:

Bu il müsabiqədən keçmiş 244 müəllim iş yerinə getməkdən imtina edib

Azərbaycanda ucqar kənd məktəblərinə işə qəbul olunacaq gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin sayı artırılacaq. Təhsil Nazirliyindən bildirilir ki,  ilkin mərhələdə ucqar kənd məktəblərində işləyən müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirləri genişləndiriləcək. Sonrakı mərhələdə isə onların əməkhaqqı sistemi stimullaşdırılacaq. Bununla yanaşı, ucqar kəndlərdə yerləşən məktəblər üçün əlavə maliyyələşdirmə mexanizminin tətbiqi nəzərdə tutulur. Bütün bu tədbirlər isə ucqar kənd məktəblərinə işləməyə gedən gənc müəllimlərin öz iş yerlərindən imtina etməsinin qarşısına almağa imkan verəcək.

Nazirlikdən o da bildirilib ki, ümumi təhsil müəssisələrində işləyən müəllimlərinin həftəlik dərs yükünün optimallaşdırılması məsələsinə, strategiyada nəzərdə tutulduğu kimi, səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı sisteminin yaradılması çərçivəsində baxılacaq.

Bu il müsabiqədən keçmiş 244 müəllim iş yerinə getməkdən imtina edib. İş yerinə getməyənlərin 82 faizi qadınlardır. İmtinaların əsas səbəbi iş yerlərinin rayon mərkəzlərindən uzaq olması, normal yaşayış şəraitinin təmin edilməməsi, həvəsləndirmə üçün verilən vəsaitin azlığıdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194