Bu gün Milli Şura sessiyaya toplaşır
Bu gün Milli Şura sessiyaya toplaşır və İbrahimbəyovun sənədlərinin MSK-ya göndərmə məsələsini müzakirə edəcək. Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov özü sessiyada iştirak etmir. İbrahimbəyov avqustun 15-dən sonra gələcəyinə söz vermişdir. “Azadlıq” radiosuna bildirib ki, Rusiya vətəndaşlığına xitam verilməsi məsələsi avqustun 15-dən sonra aydınlaşar və qərarı alan kimi Milli Şuranın qərarı ilə Azərbaycana gələcək.
Deyib ki, lazımi sənədləri təqdim edib, təşəbbüs qrupu bu sənədləri Mərkəzi Seçki Komissiyasına verəcək. «Əsas məsələ odur ki, MSK mənə imza vərəqələri versin. Qanunla bunu verməlidirlər. Bundan sonra imza toplanmasına başlanacaq. O vaxtacan pasport məsələsi həll olunmalıdır. Mənə elə gəlir ki, Rusiya vətəndaşlığıma xitam verilməsi məsələsi avqustun 15-dən sonra aydınlaşacaq. Əsas odur ki, bu, imzatoplama məsələsinə mane olmasın”, deyə Rüstəm İbrahimbəyov bildirmişdir.