Bryus Feyn: «Ermənilər bütün dünya qarşısında üzr istəməli olacaqlar”
Ağ Evin 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı vaxtilə aparmış olduğu araşdırma yenə gündəmə gəlib. Turkitə mediasına istinadən, bu məsələyə bir daha ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq müşaviri olmuş Bryus Feyn qayıtmışdır. Feyn bir daha xatırladıb ki, o vaxtkı araşdırma nəticəsində bəlli olub ki, “erməni soyqırımı” barədə söhbətlər əsassızdır və 1915-ci ildə öldürülmüş türklərin sayı daha çox olub:
“Ronald Reyqanın tapşırığına əsasən biz o vaxt araşdırma aparmışdıq. Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı İmperiyasının arxivlərində saxlanılan sənədlər aşkar edilmişdi. Araşdırma nəticəsində müəyyən edildi ki, o zaman öldürülən türklərin sayı ermənilərdən daha çox olub. “Erməni soyqırımı” barədə nağıllar erməni tarixçilərinin şəxsi təxəyyülünün məhsuludur. Erməni quldur dəstələri Anadoluda 2 milyondan çox türkü öldürmüşdülər”.
Feyn onu da əlavə edib ki, Osmanlı dövründə bütün dini və etnik azlıqlar türklərlə eyni hüquqlara malik idilər: “Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci Dünya Müharibəsi başlayanda ermənilər vətənə xəyanət edib, Osmanlı İmperiyasının düşmənlərinə qoşulublar. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin çiyinə döyüşürdülər. Onlar türk və gürcü kəndlərini qarət edib, insanları qırırdılar. Bizim apardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə vermişdilər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi. Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər bütün dünyanın qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yol verdikləri üçün üzr istəməli olacaqlar”.
Əlavə edək ki, ermənilər bu gün də öz arxivlərini açmaqdan oddan qorxan kimi qorxurlar. Daşnaksütyunun Amerikada
saxlanan arxivi də tarixşilərin üzünə bağlıdır.