Bryullovo payonunda Özbəkistan vətəndaşını öldürdülər
Moskvanın Şərqi Biryullevo rayonunda üzərində çoxsaylı bıçaq xəsarətləri olan kişi meyiti tapılıb.Meyit Kursk dəmiryol stansiyasının yaxınlığında aşkarlanıb. Hadisə yerinə gedən polis əməkdaşları çoxsaylı deşici-kəsici alət yaraları ilə öldürülmüş şəxsin Özbəkistan vətəndaşı olduğunu müəyyənləşdiriblər. Hələlik ətraflı açıqlama verilmir.
Qərbi Biryulevo rayonunda isə oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və skinhedlər Qərbi Biryulevo rayonunda yerləşən Biryuza ticarət mərkəzi və Pokrovsk meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyalı miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Skinhedlər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində yaxalanıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.