Muəllif:

«Bryullovo hadisələrinin» baiskarı Orxan Zeynalov axtarılır

Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov axtarışdadır. Rusiya mətbuatında yayılan xəbərlərə görə, bu barədə Moskva hökumətinin bu günkü iclasında DİN Şəhər Baş İdarəsinin rəisi Anatoli Yakunin məlumat verib.

Onun sözlərinə görə, Moskva polisi Azərbaycandakı həmkarları ilə əlaqə saxlayaraq, O. Zeynalovun Azərbaycanda da ölüm üstündə axtarışda olduğunu öyrəniblər: «Hazırda şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görülür».

Xatırladaq Ki, Yeqor Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub.

Qqətldə əli olduğu ehtimal edilən şəxs, əslən Azərbaycandan olan, 1982-ci il doğumlu Orxan Zahid oğlu Zeynalov barəsində bəzi təfsilatlar bəlli olub.

Lifenews telekanalına müsahibə verən Aleksey Pronin adlı Moskva sakini qeyd edib ki, paytaxtdakı mənzilini Bakıdan gəlmiş Orxan Zeynalova kirayə verib. O. Zeynalov Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasında — öz qohumlarının yanında işləyib.

«Biryulevodakı iğtişaşlardan sonra internetdə ehtimal olunan qatilin aşağı keyfiyyətli fotosunu tapmışam və bu şəkildəki simanı Orxana oxşatdım. Hətta zarafatlaşaraq, tutulması üçün 1 milyon ödəniləcəyini bildirdim. Bundan dərhal sonra Orxan əşyalarını yığaraq evdən çıxdı və mal üçün getməli olduğunu bildirdi. Sonradan isə mən internetdə daha keyfiyyətli fotoşəkil tapanda həmin şəxsin Orxan Zeynalov olduğunu gördüm», — deyə A. Pronin bildirib.

A. Proninin dediklərinə görə, Zeynalov yaşadığı mənzildən çıxaraq giriş qapısını bayır tərəfdən bağlayaraq naməlum istiqamətdə gedib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 345