Muəllif: Redaksiya
Brugge–İstanbul–Bakı marşrutu ilə velosiped yürüşü başlandı
İyulun 1-də 74 yaşlı belçikalı Kristof Hurtekantın rəhbərliyi altında Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət bir qrupun Brugge-İstanbul-Bakı marşrutu üzrə velosiped yürüşü start götürüb. Bu barədə Azərbaycanınn Belçika və Lüksemburq səfirliyindən bildirilir. Deyilir ki, velosiped yürüşünün iştirakçıları Belçikanın Brugge şəhərindən yürüşə çıxaraq, Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstandan keçməklə 1 avqustda Bakıya çatacaqlar.
Yürüşün ümumi uzunluğu 5555 km təşkil edir.
Bölüm: Idman
Oxunma sayı: 156