Britaniya səfiri ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindədir
Britaniya səfiri ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindədir və
Azərbaycanı çox önəmli və dinamik ölkə sayır. Deyir: «Britaniya Azərbaycanla möhkəm və dərin əlaqələrə malikdir. Mən bu əlaqələri bundan sonra da dərinləşdirmək və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyəm”.
Böyük Britaniyanın yeni Azərbaycan səfiri İrfan Sıddık səfirliyin “Facebook” səhifəsində yerləşdirilmiş videomüraciətində bildirib ki, siyasi münasibətləri vacib geopolitik məsələlər üzrə intensivləşdirmək, ticarət-kommersiya sahəsində mövcud mükəmməl əməkdaşlığı daha da genişləndirmək, enerji sahəsində əməkdaşlığı dərinləşdirmək, təhsil, turizm, mədəniyyət sahələrində humanitar əlaqələrin inkişafı üzərində çalışmaq lazımdır: “Mənim üçün Britaniya ilə Azərbaycan ümumi maraqlar və dəyərlər üzrə əsl tərəfdaşdır. Mənim missiyam bu açıq diskussiyanı davam etdirmək olacaq”.