Muəllif: Redaksiya
Branimir Subaşiç Bakıdan Orduspora getdi
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Orduspor 31 yaşlı milliləşdirilən serbiyalı hücumçunun transfer etdiyini rəsmən açıqlayıb. Belə ki, I liqaya düşən komanda Subaşiçlə 2, 2007/08 mövsümündə heyətində çıxış etmiş Əmrə Aygünlə 1 illik müqavilə imzalayıb. Branimir Orduspor iyulun 2-də təlim-məşq toplanışına başladığı zamanı komandanın düşərgəsində olacaq, deyə Apasport.az saytı xəbər verir.
Subaşiç 2005-ci ildən oynadığı ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da forma geyinib.
Bölüm: Idman
Oxunma sayı: 130