Muəllif:

Boyumuz kiçilir… başımız böyüyür

(Söhbət gen kodlarımızın zədələnməsindən gedir. Azərbaycanda «balaca kişilər»in çoxalması davam edir. Məlumata görə, ölkədə üç mindən artıq «balaca kişi» var. Biz hansı xəstəlikdən əzab çəkirik?)
Araşdırma materiallarına görə, 1802-ci ilin sentyabrında Qafqazın Baş Komandanı təyin edilən general P.D.Sisianov Cənubi Qafqazda Çar Rusiyasına məxsus müstəmləkəçilik siyasətinin icraçısı və təminatçısı oldu. Maraqlı idi ki, P.Sisianov Gəncə Xanlığına qarşı daha amansız idi. O, Cavad xana yazırdı: «…Sən məğlub olduğunu etiraf et. Təklifimi qəbul et. Yoxsa Gəncəyə qılınc və atəşlə girəcəm». Gəncəli Cavad xan isə ona yazırdı: «…Sən qarşında çinarboylu övladlarımı görəcəksən. Onları aşa biləcəksənmi?..»
Bu cavabdan sonra general Sisianov bir az da silahlandı. Top və mərmilərin sayını artırdı.
Məlumata görə, 1802-ci ildə Azərbaycanda orta boy həddi 175 sm-dən 180 sm-dək olub. Həmin vaxt Çar Rusiyasının məxfi dəftərxanasında Azərbaycanı təmsil edən polkovnik Mütəllimbəy Möhsünzadə II Aleksandra hazırladığı hesabatda yazırdı: «…Əlahəzrət! Azərbaycanda yeni nəsil gənclik yetişir. Onlar həkim, professor B.S.Qavrilovun tədqiqatına görə, çox güclü və immunitetli, davamlı, ucaboyludurlar. Azərbaycanlı gənclərin boyu 175 sm-dən, 185 sm-dək artıb. Bizim əsgərlər (?) onların yanında çox cılız və çarəsiz görünürlər. Onlardan Sizin mühafizəniz üçün istifadə etmək olar…»
Başqa bir məlumata görə, həmin ərəfədə Çar Rusiyasında xidmət edən əsgərlərin boy həddi 168 sm-dən 170 sm-dək olub. Bu isə strateji məsələ kimi Çar Rusiyasını həmişə düşündürüb. Həmin vaxt ermənilərin boy həddi 158 sm-dən 160 sm-dək, gürcülərin isə 159 sm-dən 162 sm-dək olub. Qafqazda ən uca boylu millət azərbaycanlılar olub. (Bax: Qutor M.D. «İstoriya i Armiya». Tiflis. 1913 q.)
Polkovnik M.Möhsünzadənin təklifinə həssaslıqla yanaşan II Aleksandr general Sisianova xəbər göndərir ki, Gəncə-Qazax ərazisindən boy həddi 185 sm-dək olan bir neçə gənci Rus Çarının Mühafizə Xidmətinə göndərsin. (Təəssüf ki, bütün bunlar tariximiz üçün qaranlıq olaraq qalır).
Məlumata görə, 1809-cu ildə iki nəfər Yelizavetpoldan (Gəncədən), bir nəfər isə Qazax ərazisindən Çar Rusiyasına hərbi xidmətə çağırılır. (?)
Araşdırma materiallarına görə, Mir Mahmud Ağabağır oğlu Sadıqbəyov (Qazaxdan boyu 178 sm, çəkisi 83 kq), Feyruz Cəmşid oğlu Qulubəyov (boyu 180 sm, çəkisi 86 kq, Yelizavetpoldan), Məhərrəmov Azadtağıbəy Əli oğlu (Yelizavetpoldan, boyu 179 sm, çəkisi 81 kq)… Rus İmperiyasının Məxfi Mühafizə Dəstəsinin əsgərləri olub. Polkovnik M.Möhsünzadə yazır: «…Hər üç cavan vicdanla, şərəf və ləyaqətlə xidmət edirdilər…» Sonra hansı səbəblərdənsə bu, ənənəyə çevrilə bilmədi. Dağıstanda buraxılan tarix kitablarında hər üç gənc ləzgi etnik qrupun nümayəndələri kimi təqdim olunur. (?)
Araşdırma materiallarına görə, II Aleksandra ünvanlanmış «Məxfi hesabat»larda qeyd olunurdu ki, Azərbaycanda 500 min cavanın boy həddi 180 sm-dir… Lakin Azərbaycanda «balaca kişilər»in sayı durmadan artır. Xarici klinikalarda buna «Peyvənd genetikası» deyilir. Akademik İ.A.Samsonov iddia edir ki, belə «sindromlular» ancaq yaşadıqları ərazilərin sərhədlərinədək düşünə bilir. Onlar öz ərazilərinin sərhədlərini aşandan sonra kimliklərini, hansı ölkənin vətəndaşı olmalarını unudurlar…
Uzun və böyük fasilədən sonra, yəni 1945-ci ilin sonlarında Moskva bu məsələyə yenidən qayıtdı. Müharibədən sonra keçmiş İttifaqın Səhiyyə Nazirliyində yeni doğulanların boy həddi məsələsilə bağlı bir-birinin ardınca Xüsusi Müşavirələr keçirildi (1946-cı il Daşkənd, 1947-ci il Moskva, 1948-ci il Leninqrad müşavirələri). Çünki Sovet Qoşun Kontingentində, silahlı qüvvələrdə əsgər və zabitlər arasında boy həddi xeyli azalmış, 162 sm-dən 155 sm-dək enmişdi.
Məlumata görə, Azərbaycanda 1946-1947-ci illərdə insanların boy həddi 160 sm-dən artıq irəli gedə bilmirdi. Professor, genetik A.M.Maslov qeyd edirdi ki, Azərbaycanda xüsusən gənc oğlan və qızların boy-buxunları ildən-ilə aşağı enir. Səbəb və nəticələri hələlik açıqlanmırdı. Azərbaycan KP MK-nın plenumlarında və qapalı yığıncaqlarında məsələ ilə bağlı dinləmələr eşidildi. Amma aparılan təcrübə və tədqiqatlar nəticəsiz qalırdı. Məlumata görə, 1949-cu ilin «Mart Plenumu» məhz doğulan yeni nəsildə boy həddinin azalması, uşaqlarda xərçəng və şəkər xəstəliklərinin sindromlarının artması məsələlərini müzakirəyə çıxartdı. Həmin vaxt təkcə Bakıda gənclər arasında keçirilən sorğu və araşdırmalardan sonra məlum oldu ki, Azərbaycanda ümumən boy həddi 161 sm-dən artıq olmur…
Azərbaycan KP MK-nı düşündürən məsələlərdən biri də 1949-cu il aprelin 12-də respublikanın rəhbəri M.C.Bağırovun irəli sürdüyü «Nə üçün bizim ərazilərimizdə boy həddi azalır» sualının cavabsız qalması idi.
Araşdırma materiallarına görə, 1950-ci ildə Azərbaycan vətəndaşının orta boy həddi 165 sm-dən 168 sm-dək olub.
Naxçıvandan, Lənkərandan, Şamaxıdan və Qubadan seçilən dörd gənc 1950-ci ilin fevral ayında Moskvaya hərbi xidmətə göndərilir. O vaxt Mərkəzi Komitədə hərbi məsələlərə baxan Cahangir Qurbanzadə nəşr etdirdiyi (1951-ci il) xatirələrində yazır: «…Moskvada yoldaş M.C.Bağırovun Kremldə, Mavzoleydə, V.İ.Leninlə bağlı ərazilərdə göstərdiyi şücaət əsl hünər məsələsi olub. Məhz onun təkidilə əlavə olaraq dörd gənc Lenin Mavzoleyini mühafizə edən heyətə düşüb…»
Əlbəttə, bu da tariximizin bir parçasıdır. Lakin öyrənilməmiş və hələlik oxunmamış bu tarixin maraqlı məqamları çoxdur.
Məsələn, 1951-ci il iyulun 2-dən 1952-ci il iyunun 12-dək olan statistik məlumata görə, Azərbaycanın kənd və rayonlarında da boy həddi sürətlə azalmağa doğru gedir və orta boy həddi 158 sm-dən yuxarı qalxa bilmir. Səbəblər araşdırılsa da, nəticələr yox idi. Hazırda respublikada ən aşağı boy həddi olan yaşayış məntəqələri Lerik, Yardımlı, Şəmkir, Tovuz, Bakı və Bakı ətrafı kəndləri, Naxçıvan əraziləridir. Adları qeyd olunan ərazilərdə boy həddi 160 sm-dən 168 sm-dəkdir. Məlumata görə, bu, Qafqazda ən aşağı həddir…
Boyumuz niyə kiçilir?.. Əllərin və qolların qısalması, başların yekəlməsi, boyun gödəlməsi… işarə vermirmi ki, genetik kodlarımız zədələnib?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 393