Böyük soydaşımız Alpaslan Işıklı həyatını itirdi
Böyük soydaşımız, dəyərli insan, Prof.dr. Alpaslan Işıklının yaşamını itirdiyi xəbəri bizləri dərindən kədərləndirdi. İzmir’in Səfərihisar İlçəsinde, tətil günləri sırasında plyajda üzərkən anidən halı pisləşib… TÜMOD (Tüm Öyrətim Üyələri Dərnəyi) Genel Başqanı Prof. Dr. Alparslan Işıklının ilkin fikirlərə görə ürəyi tutub. Təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Türk xəbər qaynaqları bu dəyərli insanın ölüm xəbərini manşetlərə çıxarıb, bu acı itkinin onun doğmalarını və yaxınlarını üzdüyünü yazır.
Alpaslan Işıklı 73 yaşında idi, Amasya şəhərində əslən Azərbaycanın Qazax qəzası Şıxlı köyündən olan siyasi mühacir Alı bəy Ömər ağa oğli Şıxliskinin ailəsində 1940-cı ildə doğulmuşdu. Anası da Qazaxlı ailəsindən idi. Alı bəy Qori Seminariyasının məzunu idi, 1918-ci ildən Azərbaycan Milli Ordusunda kiçik zabit rütbəsində xidmət edirdi. Azərbaycanın işğalının ilk günlərində ÇEKA və Sovet Rusiyası XI Qırmızı Ordusunun Xüsusi Şöbəsi tərəfindən başlanan həbslər dalğasında yaxasını ələ verməyərək tələbə yoldaşı, kiçik zabit Yasin bəy Miralayevlə həbsdən qaça bilmiş, Gürcüstan yolu ilə Osmanlıya gedə bilmişdilər. Orada «Işıklı» soyadı götürmüşdü. Amasyada dünyadan köçdü.
Alpaslan Işıklı Ankara Universiteti Siyasal Bilgilər Fakültəsinin məzunu idi (1961), öyrəncilik illərində fakültədə Tələbə Cəmiyyəti başqanı idi. magistraturanı Fransada — Nansi şəhərində Centre Europeen Universitaire-də bitirmişdi. 1962-ci ildən Ankara Universiteti Siyasal Bilgilər Fakültəsində tədrislə məşğul idi. 1973’də dosent, 1980’də professor oldu. 2001-ci ildə prezident Əhməd Necdət Sezerin təklifi ilə YÖK (Yüksək Öyrətim Kurulu) üzvlüyünə seçilmiş, 2005-ci ilə qədər bu işdə çalışmışdı.
Əməkli olduqdan sonra Alpaslan Işıklı TÜMÖD Genel Başqanı olaraq görəvini yürüdüordü.
Alpaslan Işıklı’nın Türk və yabançı dillərdə yayımlanmış çoxlu sayda əsərləri var. Qərbin elmi çevrələrində qəbul olunan böyük sosioloq alim idi. Bundan başqa, televiziyada proqram aparardı, öz sözü, öz yazıları ilə Türk cəmiyyətində ictimai fikrə təsir etməyi bacaran 20-25 kişidən biri idi.
Mərhum Alpaslan Işıklı ata-ana Vətəni Azərbaycanı çox sevərdi. Bakıda olmuşdu, buranın alimləri ilə sıx elmi əlaqələr qurmaq planları vardı. Bu sətirlərin müəllifi ilə də yazışmış, bizi maraqlandıran bir çox sorğulaımızı cavablandırmışdı.
Ona Uca Tanrıdan rəhmətlər diləyir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.