Muəllif:

Böyük Şor gölünün ətrafında istirahət zonası yaradılacaq

Böyükşor gölünün idarəçiliyi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Ötən gün prezident İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Sənədə görə, Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir.. Gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılması), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etmək, habelə qorunub saxlanılmasına nəzarət  bu quruma tapşırılır.

Bununla yanaşı “Azərsu”  ASC və Azərbaycan Dövlət Neft Şirkəti gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görəcəklər.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Böyükşor gölünə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində  İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil verməlidir.

Bundan əvvəl dövlət başçısı bildirib ki, Böyükşor gölü ətrafındakı ərazi abadlaşdırılacaq və gələcəkdə orada istirahət zonasının yaradılması nəzərdə tutulur (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 349