Böyrəyi «xəstə» imiş, həyətində çətənə əkib…
Şəki polisinin əməlyyatının gedişində çətənə bitkisini əkib ona aqrotexniki qulluq edən vətəndaş saxlanılıb. Müəyyən edilib ki, Şəki şəhər sakini 44 yaşlı Səbuhi Süleyman oğlu Kərimov qanunsuz olaraq öz həyətyanı sahəsində çətənə bitkisi əkib-becərməklə məşğul olur. Bəlli olub ki, saxlanılan şəxs 8 kök tərkibində narkotik maddə olan çətənə bitkisini daimi yaşadığı Şəki şəhəri Fərman Sadıqov küçəsi 18 nömrəli ünvanda yerləşən həyətyanı torpaq sahəsində 2013-cü ilin mart ayının əvvəllərindən əkib və ona aqrotexniki qulluq göstərməklə kultivasiya edib.
Saxlanılan şəxs isə öz növbəsində narkotik maddə olan çətənə bitkisini əkməyinə səbəb kimi «böyrək xəstəsi» olmasını bildirib (Asılıqdan xilas ola bilməyən narkomanların cəfəng fəlsəfəsinə görə, narkotikin bu və digər tibbi problemlərə köməyi dəyir, narkotiklərə aludəliyi yayanlar da başıboş adamlar üçün bu kimi nağıllar uydururlar).
Nə isə, Səbuhi Kərimov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.

