Muəllif:

Boris Berezovski vanna otağında ölü tapılıb

Biznesmen Boris Berezovski öz evlərinin birində vanna otağında ölü tapılıb. Onun Askot şəhəri yaxınlığındakı Surreydə malkanəsində öldüyü bildirilir. Rusiya və İngiltərə mediasına istinadən, bu həftə Berezovski bir neçə dəfə ürəktutması keçirib. Onun biznesində son zamanlar uğursuzluqların olduğu barədə xəbərlər dolaşır. Bəlli olduğu kimi Berezovski çox böyük sərvət sahibi idi.
Rusiyada onun barəsində cinayət işi açılmışdı, lakin indi bu işə xitam vermək lazım gələcəkdir. İngiltərədə mühacirət həyatı yaşayan Berezovski bir müddət öncə prezident Vladimir Putinə məktub yazaraq bağışlanmasını və Vətənə qayıtmaq imkanı verilməsini rica edibmiş. Berezovski Rusiya hakimiyyətinin fəal tənqidçilərindən idi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122