Muəllif:

Bordyuja Rusiyanın Azərbaycana silah satmasını ermənilərə izah edib

Nikolay Bordyuja Rusiyanın Azərbaycana külli miqdarda silah satmasını bü məsələdən bərk narahatlıq keçirən və «strateji müttəfiqdən» incik düşmüş ermənilərə izah etməyə
çalışıb. Rusiya Azərbaycana silah satışını regionda pariteti saxlamaqla həyata keçirir, — deyə onları sakitləşdirməyə cəhd göstərmişdir.
Doğrudan da çətin duruma düşən KTMT baş katibi və eyni zamanda İrəvan hökumətinin siyasi sözçüsü rolunu icra edən Nikolay Boprdyuja İrəvanda Rusiyanın Azərbaycana külli miqdarda silah-sursat satması barədə məlumatı erməni auditoiyasına şərh edərkən onların nəzərinə çatdırıb ki, Rusiya dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-ya daxil olmayan dövlətlərə silah-sursat satır.

“Bu, biznes, bazar, Rusiya Federasiyasının iqtisadiyyatıdır. O başqa məsələdir ki, KTMT üzvü olmayan ölkələrə silah satarkən hər şeydən öncə regiondakı paritet əsas götürülməlidir. Azərbaycana silah-sursat satışı barədə qərar qəbul edilərkən də məhz bu prinsip əsas götürülüb”.

Bunun qısa anlamı belədir: əziz erməni dostlar, xatırladım ki, hərbdə də, siyasətdə də, iqtisadiyyatda da biznes — biznesdir, kimin pulu və imkanı çoxdur, hörmətli tutulur və
onunla qarşılıqlı faydalar əsasında işlər görülür,odur ki, incimək olmaz, bu gerçəkliklə barışmağınız, hər situasiyaya hazır olmağınız lazım gəlir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178