Borcu qaytarmayan rejissor məhkəmə zalında qandallandı
Bu gün Xətai Məhkəməsində rejissor Aqil M. Quliyevə qarşı olan şikayət əsasında məhkəmə prosesi başa çatıb və hökm oxunub. Hökmə əsasən, Aqil M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aqil M. Quliyev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.
Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun Aqil M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından CM 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu gün isə həmin cinayət içi üzrə məhkəmə prosesi belə bir sonluqla başa çatıb.