Muəllif:

Borcu qaytarmayan «dostunu» qanıma bələyib

35 illik dostunu qətlə yetirən Saatlı rayon sakini Orucəli Abdullayevin cinayət işi üzrə məhkəmə başlayıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Orucəli Abdullayev ötən il sentyabrın 27-də Abşeronun Qobu qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Nurəddin Babaverdiyevi qətlə yetirib.
O, Nurəddin Babaverdiyevi tikilidə qətlə yetirəndən sonra Saatlı rayonua gedib. Hadisə baş verən günü Nürəddin Babaverdiyevin meyiti özünə məxsus yeni tikilmiş evində aşkarlanıb. Hadisədən bir gün sonra Orucəli Abdullayev könüllü olaraq Saatlı rayon Polis Şöbəsinə gedərək təslim olub və qətli törətməsini etiraf edib.
Istintaq araşdırması zamanı qətlin təfərrüatı məlum olub. Qanlı hadisəyə səbəb borc pul olub. Orucəli Abdullayev ilkin dindirmə zamanı bildirib ki, mərhum Nurəddin Babaverdiyevlə təxminən 35 il dostluq münasibətində olub. Bir müddət əvvəl ona 9000 manat borc verib. Dəfələrlə borcu geri istəsə də, heç bir nəticə əldə olunmayıb.
O, hadisə baş verən günü pulu geri almaq üçün Nurəddinin yeni tikdirdiyi evə gəlib. Təmir işləri ilə əlaqədar həmin evdə tək qalan Nurəddinlə mübahisəsi düşüb. Pulu isətəsə də, Nurəddin təmir işləri apardığını, hələlik pulunun olmadığını deyib. Bundan qəzəblənən Orucəli isə onu təzə evinə keçməyə imkan verməyəcəyini deyib və mətbəx bıçağı ilə ona bir neçə zərbə vurub. Sonra isə Saatlı rayonuna qayıdaraq ailə üzvləri ilə görüşüb və polisə təslim olub.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 3-nə təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182