Boluda I Beynəlxalq Koroğlu festivalı keçirilib
Türkiyənin Bolu şəhərində I Beynəlxalq Koroğlu festivalı keçirilib. Festivalda Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas da iştirak edib. Qənirə Paşayeva festival barədə onu deyib ki, Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə adı çəkilən şəhərdə keçirilən festivalda türk dünyasının 5 ölkəsi ilə ortaq hərəkət edilib.
Tədbirdə baş nazirin köməkçisi Bəkir Bozdağ, Bolu bələdiyyə başçısı Ələddin Yılmaz, müxtəlif türk topluluqlarından gəlmiş şəxslər də iştirak ediblər. Koroğlunun adını daşıyan festivalın təşkil olunmasında məqsəd türk dünyasının qəhrəmanı Koroğlunun dünyaya tanıdılması olub.
Festivala Türkiyənin Mehtər musiqi qrupunun çıxışı ilə start verilib. Türkiyə prezidenti Abdullah Gülün festival barədə məktubu oxunduqdan sonra Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz Koroğlu kimliyi haqqında məlumat verib.
Almaniyadan olan millət vəkilləri Arif Ünal vә Raymond Roys, Bolu valisi Mustafa Kamal Kәskin, Bolu millət vəkili Fәhmin Küpçü vә başqaları Koroğlu festivalında çıxış ediblәr. Onlar ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini bu işin davamında daha böyük uğurların olacağını deyiblər.
Festivalda çıxış edən millət vəkili Qənirə Paşayeva bayramın Cümhuriyyətin qurulması ilə eyni ərəfəyə təsadüf etməsinin sevindirici hal olduğunu söyləyib.
Türk köklərinin birliyi məsələsinə toxunan Qənirə Paşayeva Koroğlunu bütün türk dünyasını birləşdirən böyük dəyər adlandırıb.
Açılış mərasiminin sonunda çıxış edən baş nazirin müavini Bəkir Bozdağ Koroğlunu ədalətin səsi adlandırıb: “Koroğlu dünyanın bir çox qəhrəmanları kimi məzlumun yanındadır. Fərqi isə bizə məxsus olmasındadır”. Koroğlunun yardımsevərliyinin xalqın yardımsevərliyi, xalqın dəyərləri kimi qiymətləndirən nazir müavini bu ənənənin davamı olaraq Türkiyənin də Dağlıq Qarabağ məsələsində Azərbaycana hər zaman olduğu kimi dəstək olacağını bildirib.
“Koroğlu” abidəsi qarşısındakı məşəli alovlandırmasının ardından dövlət rəsmiləri və festival iştirakçıları orkestrin müşayiəti ilə Atatürk abidəsinə doğru yürüş ediblər.