Muəllif:

Boksçularımız Neft Ölkələrinin Dünya Kubokuna qələbə ilə başlayıblar

Rusiyanın şimalında Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku start götürüb.

Yarışın ilk günündə axşam proqramında daha 3 boksçumuz rinqə çıxıb. 69 kq çəki dərəcəsində mübarizə aparan Çingiz İslamov ilk döyüşdə rusiyalı Alim Hacıyevə məğlub olub — 0:3.

Azərbaycan Boks Federasiyası xəbər verir ki, London olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) Neft Ölkələrinin Dünya Kuboku yarışına qələbə ilə başlayıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Vitali Bandarenkonu məğlub edib — 2:1 (29:28, 29:28, 28:29).

Migitinov ¼ finalda rusiyalı Vladislav Fedyurinlə üz-üzə gələcək.

81 kq çəki dərəcəsində yarışan «Baku Fires» klubunun üzvü Batraz Qurtsiyev də yarışa inamlı qələbə ilə başlayıb. Boksçumuz tacikistanlı Mircamol Qiyasovu 1-ci raundda texniki nokautla məğlub edib. Qurtsiyev yarımfinalda yerli idmançı İvan Saşko ilə qarşılaşacaq.

Xatırladaq ki, yarışın ilk günündə Lorenso Sotomayor (64 kq) və Fərid İsmayılov da (64 kq) öz görüşlərini qələbə ilə başa vurmuşdular. Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131