Boksçularımız Avropa çempionatına qələbə ilə başlayıblar
Minskdə boks üzrə Avropa çempionatına start verilib və Azərbaycan boksçuları bu çempionatına qələbə ilə başlayıblar. Boks Federasiyasına istinadəni, yarışın ikinci günündə ilk olaraq Elvin İsayev (60 kq) rinqə çıxıb. Milli komandamızın üzvü uelsli Cozef Kordina ilə döyüşdən qalib ayrılıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb — 29:28, 30:27, 29:28. İsayev 18 final mərhələsində bolqarıstanlı Detelin Dalakliyevlə qarşılaşacaq. Təəssüf ki, gənc Elnur Süleymanov (75 kq) qitə çempionatında çıxışını dayandırıb. Turnirdə son anda çıxış etməsi rəsmiləşən Süleymanov Ermənistan təmsilçisi Arman Hovhikyana uduzub — 27:30, 28:29, 27:30. Qeyd edək ki, Avropa çempionatı yeni xal sistemi ilə keçirilir. Görüş ərzində hansı idmançının hesabda öndə olması bilinmir. Yalnız qarşılaşma başa çatdıqdan sonra 3 hakimin balları əsas götürülür və xallar peşəkar boks sistemindəki kimi hesablanır. Azərbaycan boksçularından daha ikisi ilk görüşlərini qələbə ilə başa vurublar. 56 kq çəki dərəcəsində mübarizə aparan Samir Məmmədov xorvatiyalı Mirsad Ahmedi ilə döyüşdə çətinlik çəkməyib. Həmyerlimiz ikinci raundda rəqibini noqdauna salıb. Nəticədə, hər üç hakim qələbəni Məmmədova verib — 30:26, 30:26, 30:26. Boksçumuz 18 finalda moldovalı Vyaçeslav Qojanla qarşılaşacaq. Tamerlan Abdullayev də (69 kq) ilk döyüşdə qələbə qazanıb. Milli komandamızın üzvü bu çəki dərəcəsinin favoritlərindən sayılan macarıstanlı Balasz Başkaini məğlub edib. Abdullayev 18 finalda yunanıstanlı Pavlos Tsaqrakosla üz-üzə gələcək. İyunun 3-də Azərbaycan boksçularından Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Rauf Rəhimov (81 kq) rinqə çıxacaq. Məmişzadə axşam seansında ispaniyalı Xose de la Nieva ilə, Hacəliyev günorta seansında ukraynalı Vyaçeslav Kislintsinlə, Rəhimov isə hollandiyalı Peter Mellenberqlə görüşəcək.