Muəllif:

Boks millimiz Kiyevdə 8-ci oldu

Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Boks Federasiyası bildirir ki, Azərbaycan milli komandası yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib. Şükran Mehdiyev də (80 kq) dünya birinciliyindən bürünc medalla dönəcək.

63 kq çəki dərəcəsində yarışan İsmayıl Hüseynov finalda rusiyalı Hüseyn Maqomedovla üz-üzə gəlib. 3 raunddan sonra hər 3 hakim rusiyalı boksçunun 29:28 hesablı qələbəsini qeydə alıb.

Rövşən Musayev isə (66 kq) finalda Qazaxıstan idmançısı Raxat Marxizpayevlə qarşılaşıb. Bu görüşdə də hər 3 hakimin fikri eyni olub – 0:3 (28:29, 27:30, 27:30). Ümumkomanda hesabında Rusiya 1-ci, Kuba 2-ci, Qazaxıstan 3-cü yeri tutub. Millimiz isə 8-ci yeri tutub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158