Muəllif:

BOK Tokioya səs verdi: İstanbulun bəxti bu dəfə də gətirmədi

2020-ci ilin Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib. Bu qərar Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri arasında keçirilən səsvermə zamanı qəbul edilib. “Bütün müraciətlər yüksək səviyyədə idi. Lakin qalib bir olmalıdır. BOK bəyan edir ki, Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio olacaq”, — deyə səsvermənin nəticələrini elan edən BOK prezidenti Jak Roqqe bildirib.
Yay Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda Tokio, İstanbul və Madrid çalışırdı.
Buenos-Ayresdə BOK-un 125 sessiyasında birinci mərhələdə İstanbul və Madrid eyni sayda səs yığıb. Əlavə səsvermədə İstanbul 49 səs almışdı.
Üç namizəddən heç biri birinci mərhələdə səslərin yarısından çoxunu yığa bilmədiyinə görə, ikinci mərhələnin keçirilməsinə zərurət yaranıb. Bu mərhələdə BOK üzvləri Tokio ilə İstanbul arasında seçim etməli oldular. Başbakan Ərdoğan nəticədən məyus olsa da, Buenos-Ayresdən ayrılarkən deyib ki,
«finala qalmaq bilə bu məsələdə önəmliydi, böyük bir başarıydı».
Bu ərəfədə Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış xəbərdarlıq etmişdi ki, İstanbul 2020 Yay Olimpiya və Paralampiya Oyunlarının paytaxtı seçilməsə, bunun günahı Qəzi parkında toplaşan etirazçı-təxribatçılar olacaq. Nazir xatırlatmışdı ki, etirazçılar bir neçə dəfə Beynəlxalq Olimpiya Komitəsinı 2020-ci ildə İstanbulda Yay Olimpiya Oyunlarını keçirməkdən imtina etməyə çağırıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145