Muəllif:

Boğaz üzərində 3-cü körpüyə Yavuz Sultan Səlimin adı verildi

Bu gün İstanbul boğazında inşa ediləcək 3-cü körpünün təməlqoyma mərasimi keçirilib. İstanbulun fəth edilməsinin 560-cı ildönümünə təyin olunan təntənəli törəndə prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyb Ərdoğan da iştirak edib.
Abdulla Gül yeni körpüyə Yavuz Sultan Səlimin adının verildiyini açıqlayıb: “Birinci körpü Türkiyə Cümhuriyyətinin qurucusu, dövlətimizin birinci prezidenti Atatürkün, ikinci körpü isə bizə İstanbulu ərməğan edən Fateh Sultan Mehmetin adını daşıyır. Əminəm ki, indi hər kəs üçüncü körpüyə kimin adının veriləcəyini düşünür. Hökumətimiz, dostlarımız bu barədə müzakirələr aparıb. Nəticədə birlikdə qərar verdik ki, körpünün adı Yavuz Sultan Səlim körpüsü olsun”.

Körpünün 2015-ci il mayın 29-da istifadəyə verilməsi planlaşdırılır. Layihə 2,5 milyard dollara başa gələcək. 59 metr genişliyi olacaq nəhəng körpünün üzərində 8 avtomobil zolağı və 2 dəmir yolu xətti salınacaq.

Cahan hörmdarı Yavuz Sultan Səlim 9-cu Osmanlı padşahı olub və 1465-1520-ci illərdə yaşayıb, 1512-1520-ci illərdə imperiyaya hökmranlıq edib. Biz türklərin siyasi tarixində ən qüdrətli sultanlardan biridir. O, taxt-tacı təhvil alarkən 2 milyon 375 min kvadrat kilometr olan Osmanlı İmperiyasının ərazisini üş qitədə 6 milyon 557 min kvadrat kilometrə qədər artırıb. Sultan Səlim 1514-cü ildə Çaldıran döyüşündə Səfəvi hökmdarı Şah İsmayılı agır məğlubiyyətə uğradıb, onu qaçmağa məcbur edib və hətta daha da irəli gedərək onun paytaxtı Təbrizi tutub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 429