Muəllif:

BMT Suriyada ölü saymaqla məşğuldur

Birləşmiş Millətlər Təşkilatının diqqətimizi çəkən bir funksiyası üzə çıxdı: onun bacardığı şey Suriyada ölü saymaqdır… Anadolu Agentliyinə istinadən, bu qiyməti Baş nazirinin müavini Bəkir Bozdağ verib.
Bozdağ Türk xalqının hər zaman məzluma yardım əli uzatdığını xatırladıb: «Təəssüf ki, bu gün dünyamızın dörd bir yanında göz yaşı var, qan var, ölümlər var, sıxıntılar var. O cümlədən Suriyada. Orada ölənlərin sayı 100 mini ötüb».
Baş nazirin müavini qeyd edib ki, BMT Suriyada qan tökülməsinin qarşısını almaqdansa, bu vaxta qədər etdiyi şey Suriyada ölü saymaqdır: «BMT yalnız ölənlərin sayı ilə bağlı raport hazırlayır».
Haqlı qiymətdir. Azərbaycan torpaqlarına təcavüz göz önündə olsa da, indiyədək bu qurum bir şey edə bilməyib. Qəbul etdiyi 4 qətnamə isə yadından çıxmış olar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131