Muəllif:

BMT internetdə qanunsuz izləmə əleyhinə qətnamə qəbul edib

BMT Baş Assambleyası cümə axşamı rəqəmsal erada şəxsi həyat hüququnun müafiəsi haqqında qətnaməni yekdilliklə təsdiq edib.    Sənəd “təsdiq edir ki, insanların offlayn-da malik olduqları hüquqlar, xüsusən şəxsi həyat hüququ onlayn-da da müdafiə olunmalıdır”.

Qətnamədə 193 BMT üzvünə “rəqəmsal kommunikasiyalar kontekstində də olmaqla, şəxsi həyat hüququna hörmət etmək və onu müdafiə etmək” çağırışı yer alır, həmçinin bu hüququn pozulmasına son qoyulması və milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması yolu ilə bu cür pozuntuların qarşısının alınmasının təmin edilməsi tələb olunur.

BMT Baş Assambleyası bütün ölkələri şəbəkədə izləmə, habelə şəxsi məlumatların ələ keçirilməsi və toplanması ilə bağlı qanunvericiliyə və hüquq tətbiqi təcrübəsinə yenidən baxmağa çağırıb. İnternetdə dövlət orqanlarının belə işlərinin qanuniliyinə və şəffaflığına müstəqil nəzarət mexanizmləri yaratmaq təklif olunur, xəbəri infox.ru yayıb.

AP agentliyinin məlumatına görə, qətnamə layihəsi Amerika xüsusi xidmətlərinin keçmiş casusu Edvard Snoudenin yaydığı məlumatlardan ABŞ-ın dövlət başçılarını izlədiyi məlum olduqdan sonra Almaniya və Braziliya tərəfindən təqdim edilib. Xüsusən, Braziliya prezidenti Dilma Rusef və kansler Angela Merkel izləmə obyekti olub (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169