Muəllif:

BMT: Azərbaycan narkotiklərin iynə yolu ilə qəbuluna görə öndə gedir

Azərbaycan əhalinin sayına nisbətdə iynə vasitəsilə narkotik maddə qəbul edənlərin sayına görə dünyada ən yüksək göstəricilərdən birinə sahib ölkədir.Bu barədə BMT-nin narkotiklər və cinayətkarlıq üzrə idarəsinin Vyanada təqdim etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, Azərbaycanda narkomanların 5,2 faizi narkotik maddəni iynə vasitəsilə qəbul edir. Bu göstərici Rusiya (2,3%), Gürcüstan (1,3%), Kanada (1,3%), Moldova (1,2%) və Belarusda (1,1%) da kifayət qədər yüksəkdir.

Azərbaycanın adı heroin və opiumdan daha çox istifadə olunan ölkələrin siyahısına düşüb. Hesabatda bildirilir ki, Mərkəzi Asiya və Cənubi Qafqazda bu tip narkotiklərdən istifadəyə qarşı mübarizə əsas vəzifələrdən biri olaraq qalır. İl ərzində Azərbaycanın yaşlı əhalisinin 1,5 faizi, Gürcüstanın eyni qrupa daxil əhalisinin 1,36 faizi, Qazaxıstan əhalisinin isə 1 faizi aktiv opium və heroin qəbul edənlərdir

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 248