Muəllif:

Bizimkilər artıq Rusiyada qanuni vəziyyətdə yaşayırlar

Bizimkilər artıq Rusiyada öz yerlərini tapıblar və onların hamısı demək olar qanuni vəziyyətdə yaşayırlar. Hansısa azərbaycanlının qanundankənar fəaliyyəti varsa, qanuna uyğunlaşa bilmirsə, biz ona Rusiya qanunlarına uyğun olaraq orada yaşaya bilməsi üçün yardım etməliyik. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiyada miqrantlara qarşı qanunların sərtləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən onu da omitə sədri hesab edir ki, hər bir dövlətdə yaşayan insanlar o dövlətin qanunlarına hörmət edərək yaşamalıdırlar:
«Əgər Rusiyada hansısa proseslər qanuniləşdirilirsə, bu normal haldır və bu heç də azərbaycanlılara qarşı yönəlmiş bir şey deyil. Çünki hazırda Rusiyada misrasiya ilə bağlı vəziyyət elədir ki, Veytnamdan, Çindən, yəni Asiya ölkələrindən orada minlərlə, bəlkə də milyonlarla insan var. Onların da müəyyən qayda-qanunlara uyğunlaşıb yaşamalarına ehtiyac var. Bəzən reydlər olan zaman polislər seçim edə bilmirlər ki, bu azərbaycanlıdır, yoxsa tacikdir. Bu reydlər zamanı bilinmir. Ancaq bu çox tək-tək hallarda olur və bunu ümumən azərbaycanlılara qarşı kampaniya kimi qələmə vermək düzgün deyil.»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 200