Muəllif:

Bizim torpağımız işğal edilib və biz təqsirkarıq?

Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün təşkil olunmasına razılıq verib. APA-nın Ermənistan İctimai Radiosuna istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri əvəzi Edvard Nalbandyan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberglə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan sözügedən görüşün keçirilməsinə dair ATƏT-in Minsk Qrupunun təklifi ilə razılaşıb.

E.Nalbandyan Dağlıq Qarabağ nizamlamasında tərəqqinin əldə olunmamasına görə Azərbaycanı ittiham edib: “bu məsələdə günahkar Ermənistan, Qarabağ və ya ATƏT-in Minsk Qrupu deyil, məhz Azərbaycandır”.
Qəribədir, bizim torpağımız işğal edilib və ərazi bütövlüyümüzün hələ də bərpa olunmadığına görə işğalçı deyil, biz — işğala məruz qalanlar təqsirkarıq? Bu «diplomat» bu günlərdə demişdi ki, Qarabağ münaqişəsinin həllini tapmağına Türkiyə əngəl törədir (?)… Bu adam nə danışdığının görəsən fərqindədirmi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166