Muəllif:

Bizim hərbçilər T-129 ATAK zərbə helikopteri ilə maraqlanıblar

Bizim hərbçilər Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopterinə maraq göstərirlər. Azərbaycan hərbi heyəti İstanbulda İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində mayın 7-də helikopterin nümunəvi uçuşlarını izləmişlər. Şirkət təmsilçilərinin sözlərinə görə, bu helikopter analoqları ilə müqayisədə manevrinə, daşıdığı silah yükünə və müasir avionik sistemlərinə görə üstünlükləri ilə fərqlənir (APA).

Sərgi çərçivəsində ilk gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi heyətlərə TAİ stendində ATAK helikopteri barədə təqdimat keçirilib. Helikopterin imkan və qabiliyyətləri tanıdılıb.

TAİ rəsmiləri Azərbaycan tərəfi ilə görüşdə bəzi təkliflərlə çıxış etdiklərini də bildiriblər. Görüşlərdə Azərbaycanın bu helikopterin istehsalı layihəsində bilavasitə iştirakı da təklif edilib. Şirkət nümayəndələrinin fikrincə, istehsal layihəsində iştirakla Azərbaycan bu helikopterləri daha ucuz qiymətə əldə edə bilər. Eyni zamanda helikopterin bir sıra hissələrinin Azərbaycan müəssisələrində istehsalı həyata keçirilə bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172