Muəllif: Redaksiya
Bizim arşınmalçı özbəkcə oxuyacaq
Özbəkistan Dövlət Musiqili Dram Teatrında Üzeyir Hacıbəylinin «Arşın mal alan» əsərinin tamaşası özbək dilində təqdim edilib. Tamaşanın rejissoru Əhəd Fərmanovdur. Rejissor tamaşada bir sıra yeniliklər edərək, bəzi səhnələri müasirləşdirib. Tamaşanın nümayişi bu ilin sentyabrında olacaq.
Səhnə əsəri Üzeyir Hacıbəylinin «Arşın mal alan» əsərinin 100 illiyinə həsr olunub. Tamaşanın təşkilatı dəstəyi Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məxsusdur.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 116