Muəllif:

Birləşdirilmiş turnir gimnastika bayramına çevrildi

Şağan qəsəbəsindəki Olimpiya İdman Komleksində başa çatan idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşdirilmiş turnir yaddaşlarda daha çox batutla nümunəvi çıxışlarla qaldı. Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, hər kəs növbəti dəfə idman gimnastikası üzrə mütləq Azərbaycan çempionu olan Şakir Şıxəliyevin, başqalarından daha yaxşı çıxış edən tamblinq ustası Səid Səlimovun və ya qalib akrobatlar Aynur Huseynova və Nərmin Ramazanovun, həmçinin Elçin Əlibəyov və Emin Gülməmmədlinin üstünlüklərini qiymətləndirir.

Sadəcə olaraq, batut Azərbaycan Gimnastika Federasiyasında nisbətən yaxın vaxtlarda inkişaf etməyə başlayan, daha çox gənc tamaşaçı toplayan yeni idman növüdür. Yarışda yığmamızın «uçan» gimnastı Ruslan Ağamirovun çıxışı tamaşaçıları səhnəyə topladı. Hətta akrobatika üzrə məşqçilərdən biri necə asan havada süzməyi bacardığını göstərməklə həm tamaşaçıları, həm də mütəxəssisləri təəccübləndirdi.

Bir sözlə, Yeni il bayramı ərəfəsində gimnastların bayramı baş tutdu və hamı idman kompleksinin zövqlə bəzədilmiş rahat zalını yüksək əhval-ruhiyyə ilə tərk etdi.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 106