Muəllif:

Biri şüşəni o birisinin başına çırpıb, digəri…

Hadisə Ağdaş rayonunda bu gün axşam saat 20:00 radələrində qeydə alınıb. Bu silahlı insidentdə xəsarət alanlar var. Ləki qəsəbəsində kafedə yeyib-içən Göyçay şəhər sakini, 44 yaşlı Etibar Qasımov və Ağdaş rayonunun Şəkili kənd sakini 46 yaşlı Şöhrət Həsənov arasında şəxsi münasibətlər zəminində dava baş verib. Münaqişə zamanı Etibar Qasımov stolun üzərindəki şüşə qabı Şöhrət Həsənovun başına çırpıb, Şğhrət Həsənov isə üzərində gəzdirdiyi travmatik tapança ilə Etibar Qasımovu güllələyib. Hadisə nəticəsində hər iki şəxs ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağdaş Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Məlumata görə hər iki şəxs uzun illərdir ki, Rusiyada ticarətlə məşğul olurlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144