Muəllif:

Birgə mətbuat konfrası: prezidentlər nədən danışdılar

Prezidentlər Vladimir Putin və İlham Əliyev görüşdən sonra birgə mətbuat konfransında bəzi diqqəti çəkən məqamlara toxunublar. Məsələn, Putin bizim üçün həyati önəm daşıyan Dağlıq Qarabağ probleminin həllinə dair deyb ki, bu, «yalnız siyasi üsullarla mümkündür”. “Danışıqlar zamanı biz Dağlıq Qarabağ problemi də daxil olmaqla aktual beynəlxalq məsələlərə toxunduq. Həlli yalnız siyasi üsullarla mümkün olan münaqişənin tezliklə nizamlanmasına Rusiya fəal dəstək verir”, deyə Putin vurğulayıb.

Putin Xəzər bölgəsində delimitasiya, ekologiya məsələləri ilə bağlı olan problemlərin bütün region ölkələrinin maraqlarına uyğun həllinin vacibliyini qeyd edib. Putin deyib ki, Rusiya Xəzər regionunun əməkdaşlıq regionuna çevrilməsi üçün dənizin probleminin tezliklə nizamlanmasının tərəfdarıdır.

“Biz danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə böyük diqqət ayırdıq. Biz bu regionun sülh, sabitlik və əməkdaşlıq regionuna çevrilməsində maraqlıyıq”, — deyə V. Putin bildirib. Rusiya prezidenti qeyd edib ki, hələlik həllini tapmamış çox problem qalır: “Buraya təhlükəsizlik, sərhədlərin bölünməsi, Xəzər dənizinin biomüxtəlifliyinin qorunub saxlanması və digər məsələlər daxildir. Biz bu məsələlərin həllində və təbii ki, bütün region ölkələrinin maraqları nəzərə alınmaqla həllində maraqlıyıq”, — deyə o bildirib.

V. Putin diqqətə çatdırıb ki, Bakıda yüksək səviyyədə keçirilən danışıqlarla eyni vaxtda Rusiyanın Xəzər Flotiliyasının gəmi dəstəsi də Azərbaycan paytaxtına səfər edib: “İlin sonunda isə Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri edəcəklər”.

Öz növbəsində İlham Əliyev münaqişənin tezliklə tarixi ədalət əsasında həllinin vacibliyini bəyan edib
Bundan başqa, Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bəyan edib. Qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir,
işğal olunmuş ərazilərdə dağıdılması mümkün olan hər şey dağıdılıb:
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır. Bu münaqişənin tezliklər həlli regionda sabitliyə və əməkdaşlığa gətirib çıxaracaq. Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməlidir”.

Azərbaycan prezidenti Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanla Rusiyanın möhkəm baza üzərində qurulmuş dostluq və mehriban qonşuluq münasibətləri xalqlarımızın tarixinə, eyni taleyə sahib olmasına və qarşılıqlı maraqlarımıza əsaslanır. Bu gün siyasi əlaqələrimiz inkişaf edir, beynəlxalq təşkilatlarda dost və tərəfdaş kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və gələcəkdə də bu siyasətimizi davam etdirəcəyik”.

İlham Əliyev Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın aktiv inkişaf etdiyini və artım tendensiyasına malik olduğunu da vurğulamışdır.

“Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”, — deyə dövlət başçısı vurğulayıb.

Prezident bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219