Muəllif:

Bir sevgi cinayətinin aqibəti: 11 il məhkumluq həyatı

Qəsdən adam öldürməkdə təqsirli bilinən Masallı rayon sakini, 18 yaşlı Tural Səfərlinin cinayət işi üzrə ittihama görə, ötən ilin noyabrın 30-da Bakının Nəsimi rayonu, 5-cü mikrorayon Asif Məhərrəmov küçəsində yerləşən keçmiş çörək zavodunun yaxınlığında 17 yaşlı Masallı rayon sakini Kamil Kazımov həmkəndlisi Tural Səfərli tərəfindən bıçaqlanıb. Yaralı dərhal təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Tural Səfərli Kamil Kazımovu həyat yoldaşına görə öldürüb. Belə ki, sevgi cinayətinin əsası hadisə baş verən gündən əvvəlki illərdə qoyulub. Masallı rayon sakini, 16 yaşlı Sevda (ad şərti verilib) orta məktəb vaxtında Kamil Kazımovla sevgi məcarası yaşayıb. Orta məktəb illərində sevgi həyatı yaşan yeniyetmələrin münasibətləri daha da sıxlaşıb.

Kamil Kazımov orta məktəbin 11-ci sinfində oxuyanda Sevda ilə ilk dəfə cinsi əlaqədə olub. Oglanla qızın bu cür münasibətləri bir müddət davam edib. Orta məktəbdə Sevdanı sevən və onun arxasınca düşən daha bir başqa oğlan olub. Bu da Tural Səfərlidir.

Tural Səfərli hər dəfə qıza sevdiyini açıqlasa da, qız ona müsbət cavab verməyib. Sevgisinə yox cavabı alan Tural Səfərliyə qarşı düşmənçilik hissi baş qaldırıb. Tural Səfərlin hər dəfə özündən bir yaş kiçik olan Kamil Kazımovdan qısas almaq istəyib. Amma ondan necə qısas alacağını bilməyib.

Günlərin bir günü Kamil Kazımovla Sevdanın arasında mübahisə yaranıb. Mübahisə zəminində Sevda ilə Kamil Kazımovun münasibətləri korlanıb. Hər gün bir qədər də Kamil Kazımovun soyuqluğunu hiss edən Sevda ondan qisas almaq qərarına gəlib. Qız Kamildən qısas almağın yolunu Tural Səfərliyə ərə getməkdə görüb.

Sevda günlərin bir günü Turalla rastlaşanda ona sevdiyini deyib və ərə getmək istədiyini bildirib. Turalda sevincək qızın dediyinə müsbət cavab verib və evlənmək məqsədilə qızı aparıb.

Qızın azyaşlı olduğu üçün Səfərli ailəsi tələm-tələsik toy edib. Toy gecəsi qızın bakirə çıxmamasını Tural bilib. Qız əvvəllər Kamil Kazımovla cinsi əlaqədə olduğunu bildirib. Lakin Turalın Sevdanı sevməsi bakirə olmamasını  ört-basdır edib, onu qəbul edib.

Kənddə dədə-baba qaydasında toy edən Tural Səfərli sonra Bakı şəhərinə gəlib. Sevda daha sonra Kamilin bu hadisəyə heç bir reaksiya göstərməməsini görüb, Turaldan ayrılıb. Turalda isə Kamilə qarşı olan paxıllıq hissiyyatı daha da güclənib. Bakıya təhsil üçün gələn Kamil Kazımovun Bakıda olduğunu öyrənən Tural Səfərli onu güdüb və hətta aralarında telefon danışığı da olub.

Tural Səfərli Kamilə əvvəllər Sevda ilə cinsi əlaqədə olduğunu bildiyini deyib. O, həmkəndlisinə əlavə olaraq bildirib ki, Sevda ilə əvvəllər cinsi əlaqədə olmasını heç kimə deməməyi tapşırıb. Tural Sevdanın bakirə çıxmamasına baxmayaraq aldığını və bu barədə heç kimin bilməməsini istəyib.

Lakin Kamil Kazımovun Turala cavabı sərt olub. Kamil Kazımov deyib ki, Sevda ilə əvvəllər cinsi əlaqədə olduğunu hər kəsə yayacaq və onunla yenə də cinsi əlaqədə olacaq. Sevdanı özünə həyat yoldaşı edən Tural Səfərli Kamil Kazımovdan aldığı cavaba görə qisas almaq qərarına gəlib.

Telefonda gənclər arasında yaranan mübahisə dava ilə nəticələnib. Onlar aralarında yaranan münaqişəyə aydınlıq gətirmək üçün görüş  təyin ediblər. Görüş yerinə Tural əliboş gəlməyib. Bıçaqla silahlanaraq həmin yerə gələn Tural Kamil Kazımovu danışmağa imkan verməyib və özündə olan bıçağı həmyerlisinin ürəyinə sancıb. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə  Tural Səfərli 11 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 615