Muəllif:

«Bir sən, bir İstanbul» bəyənildi

Tanınmış türk sənətçisi Oya Ergün sözləri millət vəkili Qənirə Paşayevaya məxsus «Bir sən, bir İstanbul» klipini təqdim edib.Klipin sözlərii Qənirə Paşayevaya, musiqisi  Emre Dündara məxsusdur. «Bir sən, bir İstanbul» mahnısının klipi İstanbulun bir sıra tarixi və məşhur yerlərində çəkilib. Oya Ergün bu mahnının və klipin dinləyicilər və tamaşaçılar tərəfindən bəyəniləcəyinə və seviləcəyinə inandığını deyir. Bu əsəri çox sevdiyini deyən Oya Ergün mahnının və klipin Azərbaycan və Türkiyə radio və televiziyalarında yayımlanacağını və nümayiş olunacağını bildirib.

Mərasimində iştirak edənlər mahnını və əsəri yüksək qiymətləndiriblər. Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, TRT Bakı təmsilçiliyinin rəhbəri Yüksel Deyercan və digərləri əsəri və klipi çox bəyəndiklərini ifadə ediblər. i Qənirə Paşayeva da əsəri və klipi bəyəndiyini deyib və əsərin bəstəkarı Emre Dündara, dəyərli dostu Oya Ergünə və klipin çəkilişində əməyi keçmiş hər kəsə təşəkkür edib. Ünlü vokalçı Oya Ergün tərəfindən ifa edilən «Bir sən, bir İstanbul»  ifaçının yeni çıxmış «Ruhum» adlı albomunda yer alır.  Oya Ergün bu albomdan gələn gəliri şəhid ailələrinə bağışlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127